XƏLƏFLİ – Azәrb. Resp. Cәbrayıl r-nunun Qumlaq ә.d.-ndә qәsәbә. R-n mәrkәzindәn 35 km c.-da, Araz çayının sol sahilindә, Gәyan düzündәdir. Əh. 516 (2019). İşğaldan (1993, avqust) әvvәl taxılçılıq, üzümçülük, heyvandarlıq vә baramaçılıqla mәşğul olurdu. Orta mәktәb, klub var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış qәsәbә 23 oktyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










