XƏLƏFOV Mәmmәd Süleyman oğlu (20.10.1922, Gәncә – 12.4.1992, Bakı) – Azәrb. hüquqşünası. Hüquq e.d. (1974), prof. (1978), әmәkdar hüquqşünas. Azәrb Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1950). 1959–62 illәrdә Azәrb. SSR EAnın Fәlsәfә vә Hüquq İntunda şöbә müdiri, 1962–80 illәrdә BDU-nun hüquq fakültәsinin dekanı, 1990 ildәn ömrünün sonunadәk mülki proses, әmәk vә ekologiya hüququ kafedrasının müdiri işlәmişdir. Azәrb. SSR Ali Sovetinin (12-ci çağırış) deputatı, Qanun vericilik vә insan hüquqları daimi komissiyasının sәdri olmuşdur. Tәdqiqatları, әsasәn, mülki hüquq problemlәrinә aiddir. “Hüquq ensiklopedik lüğәti”nin redaksiya şurasının sәdri idi. 7 monoqrafiyanın, 150-dәn çox elmi mәqalәnin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










