XƏLƏFOV Rauf Rafiq oğlu (d. 27.1.1974, Bakı ş.) – Azәrb. Resp. hәrbi xadimi, gen.- m. (2017). Azәrb. İnşaat Mühәndislәri Untini bitirmişdir (1994). 1998 ildәn xidmәtdәdir. Hazırda Azәrb. Resp. Dövlәt Tәhlükәsizlik Xidmәti (DTX) sistemindә xidmәtini davam etdirir. Azәrb. Resp.-nın 3-cü dәrәcәli “Vәtәnә xidmәtә görә” ordeni ilә tәltif edilmişdir (2019).










