XƏLƏFŞƏ – Azәrb. Resp. Füzuli r-nunun Cuvarlı ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 10 km c.-q.-dә, dağәtәyi әrazidәdir. Əh 310 (2019); işğaldan (1993, avqust) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Ümumi orta mәktәb, kitabxana var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 17 oktyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










