XƏLƏT – 1) Asiya xalqları, o cümlәdәn azәrb.-lar arasında geniş yayılmış qabağı açıq, uzunqollu hәm kişi, hәm dә qadın üst geyim növü. Müxtәlif rәngli yun, pambıq vә ipәk parçadan (bәzәn astarlı) tikilir. Qadın X.-i nisbәtәn gödәk vә dar olur. 2) Hәdiyyә verilәn bahalı paltar; mükafat, bәxşiş. Toyda qız vә ya oğlanın qohumlarına, musiqiçilәrә vә b.-na verilәn hәdiyyә dә X. adlanır. 3) Müxtәlif mәişәt vә istehsalat işlәri ilә bağlı spesifik geyim növü.










