XƏLFƏDAM – İçәrişәhәrin divarları xaricindә mövcud olmuş kiçik yaşayış mәntәqәsi. Əhalisi, әsasәn, ticarәtlә mәşğul olmuşdur. Alçaq evlәrdәn ibarәt olan X. Bakının 18 әsrә aid planlarında әksini tapmışdır. 19 әsrdә Bakının genişlәnmәsi ilә әlaqәdar Bayırşәhәrin tikintisinә başlandığı zaman X.-ın evlәri sökülmüşdür.










