XƏLFƏLİ – Azәrb. Resp. Şuşa r-nunda kәnd. Xәlfәli ә.d.-nin (Xәlfәli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzәlәr, Şuşulu, Zamanpәyәsi k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 7 km şm.-q.-dә, Qarabağ silsilәsindәdir. Əh. 224 (2019); işğaldan (1992, may) әvvәl heyvandarlıqla mәşğul olurdu. Sәkkizillik mәktәb, kitabxana, klub, tibb mәntәqәsi var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 8 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










