XƏLFİN Saqit Hәsәnoviç (1732–1785) – tatar maarifçisi, pedaqoq. 1769 ildәn Birinci Kazan kişi gimnaziyasında tatar dilindәn dәrs demişdir. Rusiyada tatar dilindә nәşr olunan ilk “Hәrflәrin tәsvirini vә adlarını әks etdirәn tatar dili әlifbası”nın (Moskva, 1778) müәllifidir. “Tatar dilini öyrәnәn gәnclәrin yararlanması üçün tatar lüğәti vә qısa tatar qrammatikası” adlı dәrs vәsaitini (1785, әlyazma şәklindә qalmışdır) tәrtib etmişdir.










