Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏLİFƏ 
    XƏLİFƏ (әr. الخليفة) – Mәhәmmәd peyğәmbәrdәn sonra müsәlmanların ali dinisiyasi rәhbәri, Xilafәtin başçısı. Hәrfәn canişin mәnasını verәn “X.” sözü Əbu Bәkrin müsәlmanların rәhbәri seçilmәsindәn sonra terminlәşmişdir. İkinci X. Ömәr ibn Xәttab hәm dә әmir әl-mömin adlandırılmış, sonralar bu titul bütün X.-lәrә verilmişdir. Əbu Bәkr, Ömәr, Osman ibn ƏffanƏli ibn Əbu Talib müsәlman әnәnәsindә raşid (hәrfәn: doğru yolda olan) X.-lәr adını almışlar. Qısa müddәt hakimiyyәtdә olmuş Hәsәn әl-Müctәba da bәzi mәnbәlәrdә raşid X. adlandırılır. İlk X.-lәrin bu cür fәrqlәndirilmәsi Əmәvilәrdәn başlayaraq hakimiyyәtdә islam prinsiplәrinin aradan getmәsi, xilafәtin әrәb imperiyasına çevrilmәsi ilә bağlıdır. Əmәvilәrin Mәrvanilәr qolu [683– 750] hakimiyyәtә gәldikdәn sonra X.-nin mәnәvi mәqamını süni şәkildә yüksәltmәk cәhdlәri (X. artıq peyğәmbәrin deyil, Allahın canişini kimi tәqdim edilirdi) bunun kulminasiyası idi. Siyasi sәhnәdәn uzaqlaşdırılmış Haşimilәrin (Bәnu Haşim) Əmәvilәrә qarşı mübarizәsi gedişindә Abdullah ibn әz-Zübeyr 683–692 illәrdә Hicazda vә Xilafәtin şәrq bölgәlәrindә X. titulu ilә hakimiyyәtdә olmuşdur. Abbasilәrin [750–1258] hakimiyyәtә gәlişilә Haşimilәrin nüfuzu zahirәn bәrpa olunsa da, X.-lik anlayışı ilkin mahiyyәtinә qayıtmadı. Abbasi X.-lәrinin hakimiyyәti daha çox dünyәvisiyasi mahiyyәt kәsb edirdi; dini hakimiyyәt hakim mәzhәb fәqihlәrinin әlindә cәmlәşdi. 9 әsrin ortalarından X.-lәr siyasi hakimiyyәti dә itirәrәk tәdricәn daha çox mәnәvi rәhbәrlәrә çevrildilәr. Faktiki müstәqil hakimlәr vassal qismindә X.-nin siyasi hakimiyyәtini tanıyır, xütbәlәrdә onların adını birinci çәkir, adlarına sikkә zәrb etdirirdilәr. X.-lәri siyasi hakimiyyәtdәn tam mәhrum etmiş Büveyhilәr [935–1055] onların nüfuzunu formal mәnәvi rәhbәrlәr kimi saxlayırdılar. 10–11 әsrlәrdә müsәlman dünyası eyni zamanda üç X.-nin (Əndәlis, Fatimilәr vә Abbasilәr) hakimiyyәtinә şahidlik edirdi. 1058 ildә Abbasi X.-si Qaimin sәlcuqi hökmdarı Toğrulbәyi sultan elan etmәsi ilә X. vә sultanın sәlahiyyәti dini vә siyasi hakimiyyәt olmaqla dәqiq ayrıldı. Mәmlük sultanı I Baybars müsәlmanlar arasında sultanlığının qanuniliyini tәmin etmәk üçün Abbasi sülalәsindәn olan Əbül-Qasim Əhmәdi Misirdә Müstәnsir Billah lәqәbi ilә X. elan edәrәk, formal şәkildә Abbasilәr xilafәtini [1259–1517] bәrpa etdi. 3 әsr formal hakimiyyәtdә olmuş bu X.-lәr sultanlığın şәriәt cәhәtdәn qanuniliyini tәsdiqlәmәkdәn başqa hüquqa sahib deyildilәr. Tuğlaqi hökmdarları Mәhәmmәd Tuğlaq [1325–51] vә Firuz Şah Tuğlaq [1351–88] da müsәlmanların etimadını qazanmaq üçün Misir Abbasi X.-lәrinin “xeyir-duasından” yararlanmışdılar. Misirin Osmanlılar tәrәfindәn fәthindәn sonra Misirdәki sonuncu Abbasi X.-si III Mütәvәkkil [1508–17] İstanbula aparıldı. Sonrakı qaynaqlarda III Mütәvәkkilin X. titulunu rәsmәn sultan I Sәlimә vermәsi haqqında rәvayәtlәr yer almışdır. I Sәlimdәn başlayaraq Osmanlı sultanları X. titulunu daşıyırdılar. Sonuncu Osmanlı X.-si II Əbdülmәcid idi. 1924 il martın 3-dә Türkiyәdә xilafәt vә X. titulu lәğv edilmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 