XƏLİFƏ, H ә m a d i b n İsa ә l - X ә l i f ә (d. 28.1.1950, Ər-Rifa) – Bәhreyn әmiri (1999–2002) vә kralı (2002 ildәn). Bәhreynin birinci әmiri İsa әl-Xәlifәnin oğlu, 1964 ildәn vәliәhd. Orta tәhsilini B.Britaniyanın nüfuzlu vә kadet mәktәblәrin dә, ali tәhsilini isә ABŞın Hәrbi Komandanlıq Mәktәbindә (Fort-Levenuert) vә Britaniyanın Kral Hәrbi Akademiyasında (Sand hörst) almışdır. 1968 ildәn Manama şәhәr şurasının sәdri, Milli qvardiyanın komandanı, 1969 ildәn müdafiә qüvvәlәrinin baş komandanı, 1970 ildәn İnzibati şuranın sәdr müavini, 1971–88 illәrdә müdafiә naziri olmuşdur. Milli hәrbi qüvvәlәrin, xüsusilә HHQ-nin yaradılmasına rәhbәrlik etmişdir (1977–87). Ölkәdә mәzhәblәrarası gәrginliyin yaratdığı qeyri-sabit şәraitdә hakimiyyәtә gәlmişdir. 2001 ildә Milli hәrәkat xartiyasını elan etmiş, bir sıra siyasi (1974 ildә dövlәt tәhlükәsizliyinin tәminatı mәqsәdilә qәbul edilmiş fövqәladә tәdbirlәr haqqında dekretin vә tribunalın lәğvi, siyasi mәhbusların әfvi, qadınlara seçki hüququnun verilmәsi) vә iqtisadi (Bәhreynin neft ixracatçısı olan ölkәdәn maliyyә-bank mәrkәzinә çevrilmәsi) islahatlar hәyata keçirmişdir. 2002– 03 illәrdә İraqa İngiltәrә-Amerika müdaxilәsi planlarına qarşı çıxmışdır. 2011 ildә hәm güc (polis qüvvәlәri tәtbiq etmәklә, Sәudiyyә Ərәbistanı vә BƏƏ qoşunlarına arxalanaraq), hәm dә diplomatik (ölkәdә bütün dini-siyasi qüvvәlәrlә danışıqlar) tәdbirlәrlә “әrәb baharı” hadisәlәrinin tәsirilә krallıqda yaranmış geniş etiraz aksiyalarını yatırmışdır.











