XƏLİFƏZADƏ Çingiz Müzәffәr oğlu (d.17.2.1931, Şәki ş.) – Azәrb. geoloqu, geologiya-mineralogiya e.d. (1973), prof. (1977), Azәrb. SSR әmәkdar geoloqu (1980), Azәrb. Resp.-nın әmәkdar elm xadimi (2016). 1952 ildә Azәrb. Dövlәt Untini (indiki BDU) bitirmişdir. Azәrb. SSR EA-nın Geologiya İn-tunda kiçik elmi işçi (1954–56), SSRİ EA Dağ. filialının Geologiya İn-tunda baş elmi işçi, şöbә müdiri, direktor әvәzi (1956–64), 1965 ildәn ADUda “Paleogeobiokimya problemlәri laboratoriyasının” rәhbәri, “Faydalı qazıntılar” kafedrasının prof.-u, 1981–2016 illәrdә ADNSU-nun kafedra müdiri vәzifәlәrindә çalışmışdır; 2017 ildәn “Faydalı qazıntı yataqlarının geologiyası vә işlәnilmәsi” kafedrasında mәslәhәtçi-professordur. Elmi tәdqiqatları sedimentologiyanın nәzәri vә tәtbiqi problemlәri, regional stratiqrafiya, qeyri-struktur neft vә qaz yataqlarının axtarışı üçün paleocoğrafi, paleotektonik, litostra tiqrafik kriterilәrin işlәnilmәsi üzrәdir. X. 400-әdәk elmi mәqalәnin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Литолого-палеогеографическая модель триас-палеозойских отложений Южного Мангышлака. Б., 2003; Литология и палеогеография эоценовых отложений междуречья Куры и Габырры. Б., 2017.










