XƏLİL İBN ƏHMƏD, ә l - X ә l i l i b n ә l - F ә r a h i d i (أحمد بن الخليل ) (718, Oman – 791, Bәsrә) – әrәb filoloqu. Bәsrәdә yaşadığından әl-Bәsri tәxәllüsü ilә dә tanınmışdır. Dövrünün böyük dilçi alimlәrindәn biri olmuşdur. Ərәb dili vә әdәbiyyatı, qrammatika, lüğәtçilik vә әruz vәzni sahәsindә mәşhurlaşmışdır. X.i.Ə. әrәb dili qrammatikasındakı bәzi dağınıq problemlәri möhkәm әsaslarla sistemә salmışdır. Ərәb poeziyasının ritm baxımından daxili quruluşunu tәhlil vә tәsbit etmәk mәqsәdilә әruz sistemini meydana çıxarmış, әrәb dilini asan şәkildә öyrәnmәk, әrәb yazısını, xüsusilә Quran mәtnini oxuyarkәn sәhvlәrә yol vermәmәk mәqsәdilә imla işarәlәrini yaratmış, dilin fonetikasına xas orijinal lüğәt hazırlamışdır. Quranın hәrә kәlәnmәsi vә nöqtәlәnmәsinә dair yazdığı, dövrümüzәdәk gәlib çatmamış “Kitabün-nәqt vә-şәkl” bu sahәdәki ilk müәllif әsәridir. Burada o, әlif, vav, yә hәrflәrinin kiçik formalarından istifadә etmәklә bugünkü fәthә (՛), zәmmә (׳), kәsrә (ˏ) işarәlәrini yaratmışdır. X.i.Ə. hәrәkә vә digәr işarәlәri bu sistemә әlavә etmәklә hüsnxәt sәnәtini dә inkişaf etdirmişdir. Ərәb lüğәtçiliyi sahәsindә forma vә ehtiva baxımından orijinal hesab olunan “Kitabül-eyn” әsәri әrәb dilinin ilk izahlı lüğәtidir. Əsәrin bir cüzünü (hissәsini) ilk dәfә Anistas әl-Kәrmili (Bağdad, 1914) vә Abdullah Dәrviş (Bağdad, 1967), digәr hissәlәri tapıldıqdan sonra isә sәkkiz cild şәklindә Mehdi Mәhzumi vә İbrahim әs-Samerrai (1–8, Bağdad, 1980–85; Beyrut, 1988) nәşr etdirmişlәr. “Kitab әl-Əruz” әsәrindә qәdim әrәb şeirindәki bәzi әnәnәvi nәzm qaydalarını ilk dәfә nәzәri cәhәtdәn izah edәrәk “әruz” adı ilә elm bölmәsi kimi irәli sürmüşdür. Əsәrdә ilk dәfә әrәb nәzmininritm baxımından daxili quruluşunu tәhlil etmiş, fәrqli vәznlәr arasındakı müxtәlif әlaqәlәri müәyyәnlәşdirәrәk, tәsnif etmişdir. “Kitab әl-Hüruf” adlı risalәsi, musiqiyә dair ilk elmi araşdırmalardan hesab olunan “Kitab әn-Nәğam” әsәri var. Ərәb dilinin qrammatikasına dair “Kitab әl-Cümәl” әsәrinin ona aid olub-olmaması mübahisәlidir. X.i.Ə.-in qrammatika, lüğәt vә әdәbiyyatla bağlı kitablarda dağınıq şәkildә olan bir neçә beytlik şeirlәri Hatim Saleh әd-Damin tәrәfindәn “Şüәraü mükillun” әsәrindә bir yerә toplanmışdır.










