XƏLİL MƏRDAM BƏY (1.7.1895, Dәmәşq – 21.6.1959, Dәmәşq) – әrәb şairi (Suriya), әdәbiyyatşünas, dövlәt xadimi. London un-tini bitirmişdir (1929). Ərәb EA-nın (Dәmәşq) üzvü (1925) vә prezidenti (1953–59), Ərәb dili akademiyası (Qahirә, 1948) vә İraq EA-nın (1949) üzvü, SSRİ EA-nın әcnәbi üzvü (1958) olmuşdur. Suriyanın tәhsil (1948) vә xarici işlәr naziri (1953) işlәmişdir. “Ər-Rabitә әl-әdәbiyyә” (“Ədәbiyyat liqası”, 1921) әdәbi cәmiyyәtinin, eyniadlı jurnalın (1929, Dәmәşq), “Əs-Sәkafa” (“Mәdәniyyәt”, 1933) jurnalının tәsisçilәrindәn olmuşdur “Suriya şairlәri” (c. 1–3, 1954), “Ərәb әdәbiyyatı tarixi” (c. 1–5, 1955) әsәrlәrinin müәllifidir. Orta әsrlәr әrәb şairlәrindәn İbn Hәyyus, İbn Unayn, Əl İbn әl-Cahma әs-Sami vә b.-nın divanlarını şәrhlәrlә nәşr etdirmişdir. Şeirlәrindә müstәmlәkәçiliyә qarşı çıxmış, milli istiqlaliyyәt vә әrәb birliyi uğrunda mübarizәyә çağırışlar etmışdır. Suriya Ərәb Resp.-nın Dövlәt himninin mәtninin müәllifidir.










