Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏLİL RZA Ulutürk 
    XƏLİL RZA Ulutürk (Xәlil Rza oğlu Xәlilovun tәxәllüsü; 21.10.1932, Salyan r-nunun Pirәbbә k. – 22.6.1994, Bakı ) – Azәrb. şairi, әdәbiyyatşünas, tәnqidçi, tәrcümәçi, ictimai xadim. Filologiya e.d. (1985). Azәrb. Resp. xalq şairi (1992), әmәkdar incәsәnәt xadimi (1986). T.Xәlilbәylinin atasıdır.
    Azәrb. Dövlәt Untini (1954) vә Qorki ad. Ədәbiyyat İn-tunu (1959, Moskva) bitirmişdir. “Azәrbaycan qadını” jurnalı redaksiyasında әdәbi işçi (1955–57), Azәrb. Dövlәt Pedaqoji İn-tunda müәllim, dosent (1959–69) olmuş, 1969 ildәn ömrünün sonunadәk Azәrb. EA Nizami ad. Ədәbiyyat İn-tunda baş elmi işçi vәzifәsindә çalışmışdır. “Abşeron” adlı ilk şeiri 1948 ildә “Azәrbaycan pioneri” qәzetin dә dәrc edilmişdir.
    “Nifrәtim var” (1960), “And içirәm” (1962), “Əyilmә” (1962), “Dilim mәnim, nәrәm mәnim” (1962), “Vәzifә” (1967), “Qalstuklu canavar” (1967), “Mәn Şәrqәm” (1968), “Afrikanın sәsi” (1960), “Gözün aydın, Azәrbaycan” (1968), “Yetkinlәş, Xәlil” (1968) vә s. şeirlәrindә milli azadlıq düşüncәlәri ilә bәrabәr, bütöv Azәrbaycan ideyası da öz әksini tapmışdır. Gәncliyi sosial haqsızlıqlara qarşı sәslәmiş, Azәrb. dilinin saflığı uğrunda mübarizә aparmışdır. Nәticәdә ictimai-pedaqoji fәaliyyәtdәn uzaqlaşdırılmış, bәzi poema vә şeirlәrinin çapına qadağalar qoyulmuşdur (“Ana dili” , “Dәlidağ”, “Mәftillә sarınmış yaralar”, “İki qardaşın söhbәti”, “Gәlәcәksәn baharda”, “Adımız, soyadımız”, “Qalx ayağa, Vәtәnim”). 1980-ci illәrdә “Taparam sәni” (1980), “Ömürdәn uzun gecәlәr” (1982), “Hara gedir bu dünya?” (1983), “Daşdan çıxan bulaq” (1986), “Mәndәn başlanır Vәtәn” (1988) kitabları nәşr olunmuşdur. 1988–90-cı illәrdә, xüsusilә 20 yanvar hadisәlәrindә siyasi çağırışçı, tәbliğatçı idi: “Silahlan” (1988), “Azәrbaycan” (1988), “Azadlıq meydanı” (1988), “Tanklar Bakıya girәn gecә” (1988), “Şuşam” (1989), “Qara tabutlar gәlir” (1989), “Müstәqillik” (1989), “Qanlı cәllada” (1990), “Qovacağız” (1990) vә s. Azәrb.-ın milli azadlıq hәrәkatında fәal iştirakına görә hәbs edilmiş, Bakı, Rostov, Voronej hәbsxanalarında, Moskvadakı Lefortovo zindanında 8 ay 13 gün saxlanılmışdır. Lefortovoda yazdığı 197 şeir azadlığa buraxıldıqdan sonra “Qıfılı o üzdәn olan qapılar” adı altında “Davam edir 37” (1992) kitabına daxil edilmişdir. Azәrb.-da müstәqil dövlәtçiliyin bәrpasından sonra türkçülük mәfkurәsinin ideoloji-mәdәni әhәmiyyәt kәsb etmәsi X.R. yaradıcılığında daha geniş vüsәtlә sәslәnmişdir [“Türk sözündәn qorxan gәda” (1986), “Nә yaxşı ki” (1988), “Azәrbay can-türk salamı” (1988), “Yaşasın od yurdu, qardaş Türkiyә” (1989), “Azәrbaycan türkcәsi” (1990) vә s.].
    X.R. әdәbiyyatşünas kimi folklor, aşıq yaradıcılığı, klassik vә müasir әdәbiyyat, lirika, nәsr, dramaturgiya vә teatra aid mәqalәlәrin müәllifidir [“Professor Əkrәm Cәfәr danışır” (1969), “Yusif Ziya Şirvanlı” (1969), “Misilsiz milli xәzinә” (1984), “Tofiq Bayram sәadәti” (1985), “Möcüzәlәr diyarında” (1986), “Günәş heç bir kәsdәn mükafat ummaz” (1987)]. 53 türk sәnәtkarının әsәrlәrini [“Turan çәlәngi” (1992;2005)] Azәrb. dilinә çevirmişdir. Elmi-tarixi memuar janrı da 20 әsr Azәrb. әdәbi-sosial fikrindә X.R.-nın adı ilә bağlıdır. 36 bәdii, 15 tәrcümә, 13 elmi, 7 memuar kitabının müәllifidir (әdәbi irsinin böyük bir hissәsi nәşr edilmәmişdir). Azәr. Resp.-nın “İstiqlal” ordeni ilә tәltif olunmuşdur (ölümündәn sonra, 1995).
    Ə s ә r l ә r i: Ayla günәş arasında. B., 1992; Uzun sürәn gәnclik. B., 1994; Lefortovo zindanında. B., 1998; Seçilmiş әsәrlәri (ön sözün müәllifi akad. B.Nәbiyev), 2 cilddә, B., 2005.
    Əd.: Ə s g ә r l i Ə. Xәlil Rza Ulutürk. B., 2015.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 