XƏLİL BƏY BƏKTAŞ (15 әsr) – Ağqoyunlu sәrkәrdәsi. Uzun Hәsәnin hәrbi sәfәrlәrindә fәal iştirak etmiş, 1477 ildә Ağqoyunlular tәrәfindәn, Tiflis vә Qori ş.-lәri dә daxil olmaqla, Şimal-Şәrqi Gürcüstanın işğalında mühüm rol oynamışdı. Uzun Hәsәn X.b.B.-ı hәmin әraziyә canişin tәyin etmişdi. Lakin Uzun Hәsәnin ölümündәn (1478) sonra yerli әhalinin apardığı mübarizәnin qarşısını ala bilmәyәn X.b.B. Gürcüstandan geri çәkilmәyә mәcbur olmuşdu.










