XƏLİL MİRZƏ (? – 15.7.1478) – Ağqoyunlu hökmdarı [1478], Uzun Hәsәnin oğlu. Atasının ölümündәn sonra Tәbrizdә taxta çıxmışdı. Hakimiyyәtini möhkәmlәndirmәk mәqsәdilә qardaşı Maqsud Mirzәni öldürәn X.M. cәmi yarım il hökmdarlıq etmişdir. X.M.-nin digәr qardaşı Yaqub Mirzә (bax Sultan Yaqub) tәrәfdarları ilә 1478 ildә Xoy yaxınlığında baş vermiş döyüşdә öldürülmüşdür.










