XƏLİLBƏYLİ Tәbriz Xәlil Rza oğlu (12.2.1964, Bakı – 31.1.1992, Xocalı r-nunun Naxçıvanik k.) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 8.10.1992). Xәlil Rzanın oğludur. 1991 ildә könüllü olaraq cәbhәyә yollanmış, Xramort (P i r l ә r) vә Naxçıvanik kәndlәri uğrunda gedәn döyüşlәrdә rәşadәt göstәrmiş, DİN-in “Boz qurd” mükafatına layiq görülmüşdür. Şuşanın mühasirәdәn çıxarılması üçün tәşkil edilәn Daşaltı әmәliyyatı zamanı hәlak olmuşdur. Bakıda, Şәhidlәr Xiyabanında dәfn edilmişdir. Adına Bakıda vә Salyan r-nunda küçә; xüsusi mәqsәdlәr üçün istifadә olunan gәmi var. Yaşadığı evin üzәrinә xatirә lövhәsi vurulmuşdur.











