Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏLİLİ 
    XƏLİLİ (1407, Tәbriz – 1485, Türkiyә, İzniq) – Azәrb. şairi. Hәyat vә yaradıcılığı haqqında mәlumat azdır. Mәdrәsә tәhsili almışdır. Əsәrlәrindәn vә tәzkirәçilәrin verdiyi mәlumatdan aydın olur ki, gәnc yaşlarından hürufilik ideyalarını tәbliğ edәn şeirlәr yazmış, hürufiliyi yaymaq mәqsәdilә Türkiyәyә getmişdir. Orta әsr tәzkirәlәrinin әksәriyyәti X.-nin “Divan”ı vә ilahi eşqdәn bәhs edәn “Firqәtnamә” adlı mәsnәvisi (1471) olduğunu göstәrir (әsәr eyni zamanda “Qürbәtnamә” dә adlanmışdır). Türk alimi M.Ergin şairin әdәbi irsindәn 33 qәzәlini 1980 ildә yığcam mәlumatla çap etdirmişdir. Yaradıcılığına Əvhәdi Marağayı vә İ.Nәsiminin güclü tәsiri olmuşdur. Xanәgah şeyxi kimi tәsәvvüfә meyilli idi. Orta әsr Azәrb. şairlәrinin bir qismi, o cümlәdәn Şah İsmayıl Xәtai, M.Füzuli X. irsindәn bәhrәlәnmişlәr. Azәrb.-da “Firqәtnamә”nin iki әlyazma nüsxәsi әsasında tәdqiqat aparılmışdır (bu әlyazmaların biri 18 әsrdә Türkiyәdә, digәri isә 19 әsrdә Kazanda Hüseyn bin Qazani tәrәfindәn yazıya köçürülmüşdür). Əsәrin 1485 ildә dәrviş Hәmzә Hacı Murad tәrәfindәn köçürülmüş Berlin nüsxәsi Azәrb. MEA Əlyazmalar İn-tuna bağışlanmışdır.
    Ə s ә r i: Qәzәllәr. “Azәrbaycan klassik әdәbiyyatı kitab xanası”. 20 cilddә, c. 3. B,, 1984.
    Əd.: A r a s l ı H. Böyük Azәrbaycan şairi Füzuli. B., 1958; Azәrbaycan әdәbiyyatı tarixi. 3 cilddә, c. 1. B., 1960; Azәrbaycan әdәbiyyatı tarixi. 7 cilddә, c.3. B., 2007.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 