XƏLİLLİ – Azәrb. Resp. İsmayıllı r-nunun Gәraybәyli ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 43 km c.-ş.-dә, Girdiman çayının sahilindә, dağәtәyi әrazidәdir. Əh. 322 (2019); taxılçılıq, bağçılıq, baramaçılıq vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, kitabxana var.










