XƏLİLLİ NEKROPOLU – Azәrb. Resp. Cәlilabad r-nunun Xәlilli k. yaxınlığında aşkar edilmiş arxeoloji abidә. Qazıntılar nәticәsindә әrazidә 4–6 әsrlәrә aid torpaq qәbirlәrdәn ibarәt qәbiristanlıq aşkar edilmişdir. Qәbir avadanlıqları küpә, bardaq vә parçşәkilli qablarla tәmsil olunur.










