XƏLİLOV Buludxan Əziz oğlu (25.7.1966, Erm. SSR, Amasiya r-nunun Ellәrkәnd k. – 26.9.2021, Bakı) – Azәrb. dilçisi, filologiya e.d. (2000), prof. (2005). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1990). 1994 ildәn ADPU-da çalışmış, filologiya fakültәsinin dekanı (2006–18), müasir Azәrb. dili kafedrasının müdiri (2018–21) işlәmişdir. Tәdqiqatları müasir Azәrb. dilinin qramma tikasına, türkologiya problemlәrinә hәsr olunmuşdur. 500-dәn çox elmi әsәrin, o cümlәdәn 1 mono qrafiyanın, dәrslik vә dәrs vәsaitlәrinin müәllifidir.
Ə s ә r i: Türkologiyanın tarixi: XX әsrin 20–30-cu illәri. B., 2016.










