XƏLİLOV Əmirxan Mәhәrrәm oğlu (d.23.2.1937, Gürc. SSR, Marneuli r-nunun Sarvanlı k.) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d.(1987), prof. (1988). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1961). 1971–2016 illәrdә BDU-da pedaqoji fәaliyyәt göstәrmişdir. Elmi tәdqiqatları, әsasәn, Azәrb. әdәbiyyatının әdәbinәzәri problemlәrinә, Azәrb.-rus әdәbi әlaqәlәrinә hәsr edilmişdir. 400-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Yesenin vә Azәrbaycan. B., 1977; Aleksandr Blok vә XX әsr rus әdәbiyyatı. B., 1992; Əliağa Kürçaylı. B., 2003.










