XƏLİLOV Gülabba Ağaşirin oğlu (5.12. 1910, Sabirabad r-nunun Hәşimxanlı k. – 29.12.1982, Sabirabad r-nunun Vladi mirovka k.) – Sosialist Əmәyi Qәhrәmanı (1982). İkinci dünya müharibәsi iştirakçısı. 1930–55 illәrdә indiki Şirvan r-nunda Salyan r-n Qarabağlı MTS-nin aqronomu, 1955 ildәn ömrünün axırına qәdәr Sabirabad r-nundakı Jdanov ad. k-zun sәdri işlәmişdir. 10-cu beş illikdә vә 1981 ildә k.t. sahәsindә yüksәk әmәk göstәricilәrinә nail olmuşdur. Azәrb. SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı, kolxozçuların 3-cü Ümum ittifaq qurultayının nümayәndәsi olmuşdur. 4 dәfә Lenin ordeni, Oktyabr inqilabı ordeni vә 2-ci dәrәcәli Şöhrәt ordenlәri ilә tәltif edilmişdir.











