XƏLİLOV Hәmzә Ağakişi oğlu (d.11.11.1949, Gürc.SSR, Saqareco r-nu nun Lәmbәli k.) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1992), prof. (2003). Azәrb. Xalq Tәsәrrüfatı İn-tunu (indiki ATU, 1970) bitirmişdir. Azәrb. EA-nın İqtisadiyyat İn-tun da (1975–83), Azәrb. Politexnik İn-tunda (indiki Azәrb. Texniki Un-ti) dosent (1983–92), Azәrbaycan Un-tindә kafedra müdiri (1992–97), Dövlәt Antiinhisar Siyasәti vә Sahibkarlığa Kömәk Komitәsindә şöbә müdiri (1997–2001), İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasәti Departamentindә direktor müavini (2001–03), Azәrb. Memarlıq vә İnşaat Un-tindә prof. (2003–05, 2013 ildәn), Azәrb. Resp. Əmlak Mәsәlәlәri Dövlәt Komitәsindә (2006–13) müxtәlif vәzifәlәrdә çalışmışdır. Tәdqiqatları ASK-nin inkişafı vә әrzaq tәhlükәsizliyinin tәmin edilmәsi mәsәlәlәrinә aiddir. 100-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










