XƏLİLOV Hüseyn Rza oğlu (15.5.1908, Gәncә – 26.5.1986, Gәncә) – Azәrb. aqrokimyaçısı. K.t. e.d. (1967), prof. (1967). Azәrb. SSR әmәkdar elm xadimi (1980). 1928 ildә Gәncә kәnd tәsәrrüfatı texnikumunu bitirmişdir. Bәrdә Pambıq Birliyindә aqrotexnik kimi işә başlamışdır (1928–29). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmiş (1932) vә aqrokimya kafedrasında (1936–41), Resp. Xalq Torpaq Komissarlığında (1941), Saatlı r-n MTS-indә (1942–43), Azәrb. ETPİ-nin Ağstafa tәcrübә tarlasında (1944–45) vә aqrokimya şöbәsindә müdir (1946–47), Tәrtәr r-n seleksiya st.-nda direktor (1948–50), Azәrb. SSR EA-nın Gәncә ET bazasında baş elmi işçi (1951–52), Heyvandarlıq İn-tunda laboratoriya müdiri (1953–55), AKTİ-dә kafedra müdiri (1955–1960), dosent, dekan müavini (1960–63), aqrokimya kafedrasının müdiri (1963–83) vәzifәlәrindә çalışmışdır. Tәdqiqatları gübrәlәrin, yem bitkilәrinin mәhsuldarlığına vә qidalılığına hәsr edilmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var. 100-dәn çox elmi әsәrin, o cümlәfdәn 1 monoqrafiyanın, dәrslik vә dәrs vәsaiti, metodiki göstәrişlәrin müәllifidir.
Ə s ә r i: Aqrokimya. B., 1972; 1975; 1982.










