XƏLİLOV Mahmud Yusif oğlu (d.19.4. 1931, Şәki) – Azәrb. ekoloqu. Coğrafiya e.d. (1990). Azәrb. Kәnd Tәsәrrüfatı İntunu bitirmişdir (1954). Rusiyada meşә quruluşu işlәri aparmış vә layihәlәri tәrtib etmişdir (1954–59). Azәrb. SSR EA Torpaqşünaslıq vә Aqrokimya İn-tunda kiçik elmi işçi (1959), Aqromeşәmeliorasiya İntunda şöbә müdiri (1964–1969), Coğrafiya İn-tunda (1970–74), ”Xәzәr” bölmәsindә (1975–77), Botanika İn-tunda böyük elmi işçi (1978–81) olmuşdur. Yaşıllıqlar salınması üzrә layihәlәr hazırlamışdır. Biocoğrafiya laboratoriyasında müdir, baş elmi işçi olmuşdur (1982–2003). Dağ-meşә ekosistemlәrini öyrәnmişdir. Meşәlәrin xәritәlәrini tәrtib etmişdir. 200-dәn artıq әsәr, 5 dәrslik, 2 ekoloji atlas, 4 ekoloji lüğәt, 2- cildlik “Azәrbaycan ekoturizm potensialı” әsәri vә elmi-kütlәvi kitabçanın müәllifi vә hәmmüәllifidir.
Ə s ә r l ә r i: Прикуринские тугайные леса Азербайджана, Б., 1975; Azәrbaycanın meşәlәri (Q.Ş. Mәmmәdovla birlikdә), B., 2002; Ekologiya vә әtraf mühitin mühafizәsi, B., 2005 (Q.Ş. Mәmmәdovla birlikdә); Ekologiya, әtraf mühit vә insan, B., 2006.










