XƏLİLOV Nuru Niftәli oğlu (25.3.1930, Kәlbәcәr r-nunun Qılışlı k. – ?) – inşaatçı, SSRİ Dövlәt mükafatı laureatı (1985). Əmәk fәaliyyәtinә 1945 ildә başlamışdır. 1954 ildәn Bakı Baş Tikinti İdarәsi sistemindә çalışmış, 1983 ildәn hәmin idarәnin 3 №-li evtikmә kombinatında briqadir olmuşdur. Oktyabr İnqilabı, Əmәk Bayrağı ordenlәri vә medallarla tәltif edilmişdir.










