XƏLİLOV Nizami Qasım oğlu (d. 10.2. 1949, Erm.SSR, Qarakilsә r-nunun Qızılcıq k.) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (2014), prof. (2015). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (1970) bitirmişdir. 1973 ildәn BDU-nun filologiya fakültәsindә baş müәllim, dosent vәzifәlәrindә işlәmiş, 2003 ildәn magistratura vә qiyabi şöbә üzrә dekan müavinidir. Tәdqiqatları, әsasәn, Azәrb. folklorşünaslığının tarixinә vә nәzәri mәsәlәlәrinә, aşıq yaradıcılığı vә yazılı poeziyanın inkişafı problemlәrinә hәsr olunmuşdur. 120-dәn çox elmi әsәrin, o cümlәdәn 4 monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Xalq tәfәkkürü, sәnәtkar qüdrәti. B.,1996; Aşıq sәnәtinin tәşәkkülü. B., 2003; Aşıq yaradıcılığı vә yazılı poeziya. B., 2012; Heca vәzni vә aşıq sәnәtinin yaranma tarixi. B., 2014.










