XƏLİLOV Rahid Süleyman oğlu (d.13.8. 1954, Masallı r-nunun Kәlbәhü seynli k.) – Azәrb. alimi, fәlsәfә e.d. (2008). Azәrb. Dövlәt Pedaqoji İn-tunun (indiki ADPU) filologiya fakültәsini (1975) bitirmişdir. 1975 ildәn pedaqoji fәaliyyәt göstәrmiş, 2002 ildәn AMEA-nın Ədәbiyyat İn-tunun baş elmi işçisidir. Tәdqiqatlarının әsas mövzusu dünyanın qlobal vәhdәti vә harmoniya fәlsәfәsidir. 100-dәn çox elmi әsәrin, 10 kitabın müәllifidir. Beynәlxalq konfranslarda mәruzәlәrlә çıxış etmişdir.
Ə s ә r l ә r i: Mәdәniyyәt vә texnosivilizasiya. B.,2003; Qloballaşma vә harmoniya fәlsәfәsi. B., 2005; Müasir Azәrbaycan tәnqidi. B., 2009; Türkşünaslıq vә azәrbaycanşünaslığın dialektikası. B., 2015.










