XƏLİLOV Rövşәn İbrahimxәlil oğlu (14. 03.1952, Ucar r-nu Qaziyan k.) – Azәrb. biofiziki. Biol. e.d. (1992), prof. (1994). 1976 ildә M.V. Lomonosov ad. MDU-nu bitirmişdir. 1979 ildәn BDU-nun biofizika vә molekulyar biologiya kafedrasında çalışır, 2019 ildәn kafedra müdiridir. Tәdqiqatları fotosintezin işıq mәrhәlәsindә paramaqnit mәrkәzdәn tәdqiqi, onun nәqliyyat zәncirinә ultrabә növşәyi şüaların tәsirinin molekulyar mexanizminin, plazmatik membranların öyrәnilmәsinә hәsr olunmuşdur. Canlı sistemlәrdә yeni paramaqnit mәrkәzlәr aşkar etmiş, ilk dәfә biominerallaşma nәticәsindә canlı sistemlәrdә maqnit nanohissәciklәrinin formalaşmasını, stress zamanı onlarda maqnit xassәlәrinin yaranmasını vә molekulyar mexanizmini aydınlaşdırmışdır. 300-dәn çox әsәrin, o cümlәdәn 1 monoqrafiyanın, 3 dәrs vәsaitinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Парамагнитные центры в фотосинтезирующих системах. Германия, Саарланд, изд. Ламберт, 2015.










