XƏLİLOV Şahvәlәd Binnәt oğlu [7.10.1939, Gürc.-ın Başkeçid (indiki Dmanisi) r-nunun Yuxarı Qarabulaq k. – 26.9.2007, Bakı] – Azәrb. coğrafiyaşünası, coğrafiya e.d. (1996), prof. (2007), AMEA-nın m. üzvü (2001). 1962 ildә Azәrb. Dövlət Un-tini (indiki BDU) bitirmişdir. Azәrb. EA-nın Coğrafiya İn-tunun “Qurunun hidrologiyası” şöbəsindә böyük laborant, böyük elmi işçi (1962–75), şöbә rәhbәri (1975–81), laboratoriya müavini (1981–84), elmi işlәr üzrә direktor müavini (1984–86), laboratoriya müdiri (1986–94; 1994–2000 illәrdә şöbәmüdiri BDU-da humanitar mәsәlәlәr üzrə prorektor (2000–04) vәzifәlәrindә işlәmişdir. 2001 ildәn “Ətraf mühiti müafizә vә tәbii ehtiyatlardan sәmәrәli istifadә” kafedrasının prof.-u olmuşdur. Tәdqiqatları Azәrb.-ın su anbarlarının vә göllərininhidroloji xüsusiyyәtlәri , su anbarlarının lillәnmәsi vә sahillәrinin dinamikası, әtraf mühitәtәsiri vә onların mühafizəsi üzrədir. Azәrb.-da yeni su anbarlarının sәmәrәli yerlәşdirilmәsinin әsas ekoloji-coğrafi prinsiplәrini işlәyib hazırlamışdır. 100-dәn artıq elmi әsәrin müəllifidir











