XƏLİLOV Zahid İsmayıl oğlu (14.1.1911, Gürc., Tiflis – 4.2.1974, Bakı) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d. (1946). Azәrb. SSR EA-nın akad. (1955). Əmәkdar elm vә texnika xadimi (1955). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (1932) bitirmişdir. 1942 ildә SSRİ EA-nın Azәrb. filialının fizika sektorunda elmi fәaliyyәtә başlamış, riyaziyyat vә nәzәti fizika seksiyasını, daha sonra isә riraziyyat bölmәsini yaratmışdır. Azәrb. SSR EA-nın vitse-prezidenti (1957–59), Fizika-riyaziyyat vә Texnika elmlәri bölmәsinin akademik-katibi (1959–62), Azәrb. SSR EA-nın prezidenti (1962–67), Riyaziyyat vә Mexanika İn-tunun diurektoru (1967–74) olmuşdur. Z.Xәlilov Azәb.-da funksional analiz mәktәbinin yaradıcısıdır. Normallaşdırılmış halqalarda vә Banax fәzasında klassik sinqulyar inteqral tәnliklәr nәzәriyyәsini ümumilәşdirәn tamam kәsilmәz operatorlu xәtti tәnliklәr nәzәriyyәsini yaratmış vә inkişaf etdirmişdir. İlk dәfә olaraq qiymәtlәri Banax fәzasından olan funksiyalar sinfindә diferensial tәnliklәri tәdqiq etmişdir. İlk dәfә normallaşdırılmış halqalarda abstrakt sinqulyar operatorlar nәzәriyyәsini yaratmışdır. Funksional analizin üsullarını diferensial vә inteqral tәnliklәr nәzәriyyәsinin sәrhәd mәsәlәlәrinin vә optimal idarәetmә mәsәlәlәrinin hәllinә uğurla tәtbiq etmiş, xәtti yarımharmonik tәnliklәr sistemindә ümumi sәrhәd mәsәlәsini hәll etmiş, dәyişәnlәrinә ayrılmayan qarışıq mәsәlәlәrin hәlli Furye üsulunun analoqunu, qarışıq ipli model tәnliklәr üçün şәbәkә üsulunu vermişdir. SSRİ-dә funksional analiz üzrә ilk monoqrafiyanın – “Funksional analizin әsasları” (1949, rus dilindә) dәrsliyinin müәllifidir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn 4 monoqrafiyanın müәllifidir. Yüksәkixtisaslı kardların hazırlanmasında xidmәti var.










