XƏLİLOV Zahid Abdulla oğlu (Z a h i d X ә l i l; d. 20.3.1942, Yevlax) – Azәrb. әdәbiyyatşünası, şair vә nasir. Filologiya e.d. (1990), prof. (1991). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1965). Azәrb. Dövlәt Pedaqoji Un-tindә baş müәllim, dosent, prof. (1970–93), uşaq әdәbiyyatı kafedrasının müdiri (1993–97), pedaqoji fakültәnin dekanı (1997–2005) olmuş, 2005 ildәn әdәbiyyat vә onun tәdrisi metodikası kafedrasının müdiridir. Tәdqiqatları, әsasәn, Azәrb. uşaq әdәbiyyatı vә folkloru sahәsindәdir. Bәdii әsәrlәri 1958 ildәn nәşr olunur. Uşaqlar üçün yazılmış “Çıraq nәnәnin nağılları” (1983), “Dünyanın әn balaca nağılları” (2002), “Orxan vә dostları” (2004) vә s. kitabların müәllifidir.










