XƏLİLOVA Anası Xıdır qızı (21.8.1921, Ağdaş r-nunun Güvәkәnd k. – 13.6.1993, orada) – Sosialist Əmәyi Qәhrәmanı (1966). 1938–76 illәrdә Ağdaş r-nundakı “Zәhmәt” k-zunda manqa başçısı, briqadir işlәmişdir. 1965 ildә pambıqçılıq sahәsindә yüksәk әmәk göstәricilәrinә nail olmuşdur. SSRİ Ali Sovetinin deputatı (6-cı çağırış) seçilmişdir.










