XƏLİLOVA Tamilla Abdulmәcid qızı (d.29.5.1939, Bakı) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (1988), prof. (1990), әmәkdar müәllim (2010). Azәrb. Pedaqoji Rus dili vә Ədәbiyyatı İn-tunu bitirmişdir (1964). Azәrb. Tibb Un-tindә baş müәllim, dosent, prof. (1967–92), rus dili kafedrasının müdiri (1992–2013) olmuş, 2013 ildәn xarici dillәr kafedrasının prof.-udur. Tәdqiqatları, әsasәn, 20 әsr Azәrb. nәsrinin rus dilinә tәrcümәsi problemlәrinә hәsr olunmuşdur. 120-dәn çox elmi әsәrin, o cümlәdәn 3 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Abdulla Şaiqin tәrcümәçilik fәaliyyәti. B., 1980; Azәrbaycan nәsrinin rus dilinә tәrcümәsi. B., 1989; Nәsr vә tәrcümә. B.,1992.










