XƏLİLÜLLAH I (? – 1465) – Dәrbәndilәr sülalәsindәn şirvanşah [1417–65]. Atası Şirvanşah I İbrahimin ölümündәn sonra hakimiyyәtә gәlәn kimi I X. Qaraqo yunluların asılılığını tanımaqdan imtina etmişdi. Teymuri hökmdarı Şahruxla müharibәdә Qaraqoyunlu Qara Yusifin ölümü (1420) Azәrb.-da siyasi vәziyyәti dәyişdirdi. Şahrux Tәbrizi tutduqdan sonra qışlamaq üçün Qarabağa gәldikdә I X. qiymәtli hәdiyyәlәrlә onun düşәrgәsinә gәldi vә bununla da Qaraqoyunlulara qarşı mübarizәdә müttәfiq qazanmış oldu. Qaraqoyunlu hökmdarı İsgәndәr bir neçә dәfә Şirvana basqın etsә dә, Şirvanşahlar dövlәtini tabe edә bilmәdi. İsgәndәrin 1425 ildә Şirvana hücumu zamanı I X.-ın qardaşları Keyqubad, İshaq vә Haşım da onun әleyhinә çıxdılar. Bu zaman yardım üçün Şahruxa müraciәt edәn I X. qardaşlarına divan tutaraq mövqeyini daha da möhkәmlәndirdi. 1427/28 ildә İsgәndәrin Şirvana hücumu zamanı Şamaxı şәhәri dağıdılaraq talan edildi. 1432 ildә İsgәndәrin oğlu Yarәli 2 min süvari ilә birlikdә qaçaraq I X.-a sığındı. I X. İsgәndәrin Yarәlini tәlәb etmәsinә rәdd cavabı verdi vә onu döyüşçülәri ilә birlikdә dәniz yolu ilә Herata, Şahruxun yanına göndәrdi. Bu hadisә İsgәndәrin 1433/34 ildә yenidәn Şirvana hücumu üçün bәhanә oldu: Şirvan әyalәtini qarәt edәrәk şәhәrlәrә vә kәnd tәsәrrüfatına ziyan vurdu. I X. kömәk üçün Şahruxa müraciәt etdi vә sonuncu Heratdan Azәrb.-a doğru hәrәkәtә başladı. Şahruxun yaxınlaşdığını eşidәn İsgәndәr geri çәkilәrәk Əlincә qalasına sığındı vә 1436 ildә bura da öz oğlu Şah Qubad tәrәfindәn öldürüldü. Şirvanda başlamış dinc quruculuq işlәri Sәfәvi Şeyx Cüneydin Şirvana doğru irәlilәmәsi ilә dayandı. I X. 1460 ildә Samur çayının sol sahilindәki Qıpçaq k. yaxınlığındakı vuruşmada Şeyx Cüneydin qoşununu mәğlub etdi; döyüş zamanı Şeyx Cüneyd öldürüldü. Bununla Sәfәvilәr ilә Şirvanşahlar sarayı arasında uzunmüddәtli düşmәnçiliyin әsası qoyuldu.
I X. dövründә ticarәt vә sәnәtkarlıq inkişaf etmiş, Bakı, Şirvan vә Dәrbәnd şәhәrlә rindә zәrbxanalar fәaliyyәt göstәrmiş, Bakıda vә digәr şәhәrlәrdә geniş abadlıq işlәri aparılmış, Şirvanşahlar saray kompleksinә daxil olan bir sıra memarlıq abidәlәri (o cümlәdәn Seyid Yәhya Bakuvi türbәsi, Şah mәscidi, ovdan vә s.) tikilmiş, karvansaralar vә körpülәr salınmışdır.










