XƏLİLÜLLAH II (? – 5.11.1535) – Dәrbәndilәr sülalәsindәn şirvanşah [1524–35]. Atası II İbrahimin [1502–24] ölümündәn sonra hakimiyyәtә keçmişdi. Sәfәvilәrdәn asılı vәziyyәtә düşәn II X. Şah İsmayılın qızı Pәrixan xanımla evlәnmişdi. Vassallığa son qoymağa çalışan II X.-ın bütün sәylәri nәticәsiz qalmışdı. 1524 ildә Şah İsmayılın ölümündәn sonra şirvanşaha qarşı münasibәt dәyişmiş, hakimiyyәtә gәlәn I Tәhmasib ona etibar etmәdiyi üçün Şirvanın idarәsini qardaşı Əlqas Mirzәyә tapşırmışdı. II X.-ın ölümündәn sonra hakimiyyәtә övladı olmadığı üçün qardaşı oğlu Şahrux keçmişdi.










