XƏLVƏTİ Xacә Əbdürrәhim (? – 1454) –15 әsr Azәrb. xәttatı. Mәşhur xәttat Mövlanә Şәmsәddin Mәhәmmәdin oğludur. Klassik xәtt növlәrinin (xüsusilә süls xәttinin) mahir ustası kimi tanınmışdır. Şәrq xәttatlıq sәnәtinin görkәmli nümayәndәlәri Nemәtulla Bәvvab vә Cәfәr Tәbrizinin müәllimi olmuşdur.










