XƏMSƏ (әr. الخمسة ) – açıq әl içi formasında hәmayil. Əsasәn, yәhudilәr vә müsәlmanlar arasında istifadә olunsa da, monoteist dinlәrdәn әvvәl mәlumdur. Universal qoruyucu işarә kimi sağ әlin açıq formada tәsvirinә Mesopotamiya hәmayillәrindә vә Budda tәlimindә rast gәlinir. Əksәr inanclarda müqәddәs qadın obrazına aid edilmişdir. Finikiyada Ay ilahәsi Tanitin rәmzi idi. İudaizmdә X. Musa peyğәmbәrin bacısı Miriamın әlinin rәmzidir. Müsәlmanlar arasında Mәhәmmәd peyğәmbәrin qızı Fatimәnin adı ilә bağlıdır vә
“Fatimә әli” kimi mәşhurdur. Keçmişdә müsәlman dövlәtlәrindә dövlәt vә döyüş әlәmlәrinin üzәrinә taxılırdı. I Şah İsmayılın rәsmi nişanı olmuş X.-nin iri tәsviri onun mәzarı ilә üzbәüz divara hәkk edilmişdir. Hazırda müsәlman ölkәlәrindә, әsasәn, әzadarlıq mәrasimlәrindә әlәm üzәrindә gәzdirilir, hәmçinin mәscid vәziyarәt gahlarda qoyulur.










