XƏMSƏ MƏLİKLİKLƏRİ, X ә m s ә – orta әsrlәrdә Azәrb.-da mövcud olmuş kiçik hakimliklәr. Beş mәliklikdәn [Vәrәndә, Dizaq, Xaçın, Gülüstan (T a l ı ş) vә Çilәbürt] ibarәt idi. Qarabağın dağlıq hissәsindә yaradılmış, yerli hakimlәr tәrәfindәn idarә edilirdi. Sәfәvilәr dövründә Gәncә (Q a r a b a ğ) bәylәrbәyiliyinin tabeliyindә olan X.m. 18 әsrin ortalarından Qarabağ xanlığının vassallarına çevrildi. X.m.-nin әrazisi 1813 ildә Qarabağ xanlığının tәrkibindә Rusiyaya birlәşdirildi.










