XƏMSİN (әr. hәrfi mәnası “әlligünlük” demәkdir) – Afrikanın şm.-ş.-indә vә Yaxın Şәrq ölkәlәrindә әsәn isti vә quru c. külәyi. Yaz gecә-gündüz bәrabәrliyindәn sonra müәyyәn fasilәlәrlә tәqr. 50 gün әsir (әsasәn mart – may aylarında). Şimali Afrika sәhralarından Aralıq dәnizinin ş. r-nlarına keçәn siklonların önündә müşahidә olunur, qum vә toz burulğanları yaradır, görüntünü çәtinlәşdirir, havanın temp-ru 40°C-yәdәk qalxır, nisbi rütubәt kәskin aşağı düşür.










