XƏNCƏRLİOĞLU Orxan (Hançerlioğlu Orhan) (19.8.1916, İstanbul – 9.7.1991, İstanbul) – türk yazıçısı. İstanbul Un-tinin hüquq fakültәsini bitirmişdir (1939). Bәdii yaradıcılığa şeirlә başlamış (ilk şeir kitabı “Qığılcım”, 1936), müxtәlif jurnallarda hekayәlәrini nәşr etdirmişdir. “Qaranlıq dünya” (1951), “Böyük balıqlar” (1952), “Oyun” (1953), “Əkilmәmiş torpaqlar” (1954) “Əli” (1955), “Qutu içindә qutu” (1956), “Yeddinci gün” (1957), “Sahilimizә vuran dәniz” (1960) romanlarının, “İnsansız şәhәr” (1953) hekayәlәr kitabının, “Fәzilәt baxımından düşüncә tarixi” (1963), “Xoşbәxtlik düşüncәsi” (1965), “Başlanğıcından bu günә qәdәr azadlıq düşüncәsi” (1966), “Düşüncә tarixi” (1970), “Fәlsәfә ensiklopediyası. Mәfhumlar vә cәrәyanlar” (1976–80, 7 cilddә) әsәrlәrinin müәllifidir. Fәlsәfә, din vә iqtisadiyyatla bağlı sözlüklәr hazırlamışdır [“Fәlsәfә sözlüyü” (1967), “İqtisadiyyat sözlüyü” (1972), “İnanc sözlüyü” (1975)]. Bәzi hekayәlәri Azәrb. dilinә tәrcümә edilmişdir.










