Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏRCLƏR 
    XƏRCLƏR – fәaliyyәti zamanı iqtisadi agentin (dövlәt, korporasiya, ev tәsәrrüfatı vә s.) sәrf etdiyi vәsaitlәrin hәcmi; X.-in mәblәği, bir qayda olaraq, pulla ifadә olunur. “X.” termini daha çox idarәetmә vә mühasibat uçotunda yer alır, vergi uçotunda isә mәsrәflәr ifadәsindәn istifadә edilir.
    İstehsalın başlanması anından gәlirlәrin tәsbit edilmәsi anına kimi sәrf olunan bütün vәsaitlәrin cәminә tam, yaxud ümumi X. deyilir. İqtisadi tәhlil vә uçot zamanı ümumi X. onun strukturunu әks etdirәn tәrkib hissәlәrinә ayrılır. İqtisadi fәaliyyәtin ardıcıl mәrhәlәlәrinin tәhlili zamanı tam X. istehsal X. vә tәdavül X.-nә bölünür. İ s t e h s a l X.-inin tәrkibinә mәhsulun hazırlanması ilә bilavasitә әlaqәli X.: xammal, yarımfabrikat, tamamlayıcı elementlәrin alqısı, işçi qüvvәsinә sәrf olunmuş vәsaitlәr vә s. daxildir.
    T ә d a v ü l X.-i mәhsulun istehsalçıdan alıcıya çatdırılması prosesini tәmin edәn mәsrәflәrdir, buraya hazır mәhsulun saxlanılması, daşınması (nәql.), alqısatqı X.-i vә s. daxildir.
    Müxtәlif növ sövdәlәrin (transaksiya) hәyata keçirilmәsi mәsrәflәrini: bazar haqqında informasiyanın toplanması, alıcı vә tәrәfdaşların axtarılması, onlarla müqavilә münasibәtlәrinin aparılması, mübahisәlәrin vә mәhkәmә tәhqiqatlarının hәlli dә daxil olmaqla ticarәt әmәliyyatlarının hüquqi cәhәtdәn tәmin edilmәsi xәrclәrini birlәşdirәn transaksiya X.-inә xüsusi diqqәt verilir.
    İstehsalın hәcminin dәyişmәsini nәzәrdә tutan layihәlәrin tәhlili zamanı “sabit X.” vә “dәyişәn X.” anlayışlarından istifadә olunur. S a b i t X. istehsalın hәcmindәn asılı olmayaraq sabit qalır, bura: inzibati vә istehsal binalarına, qurğulara, stasionar avadanlıqların saxlanılması; әsas heyәtin әmәkhaqqısının sabit hissәsi; tәsbit edilmiş müxtәlif növ ödәnişlәr (torpaq vergisi, әmlak vergisi; elektrik avadanlıqlarının müәyyәn edilmiş gücü üçün ödәnişlәr, icarә haqqı vә s.) kimi elementlәr daxildir. D ә yi ş ә n X.-ә, bir qayda olaraq, istehsal prosesindә istifadә olunan xammal, enerji, material, komplektlәşdiricilәrә sәrf edilmiş vәsaitlәr; heyәtin mәvacibinin mükafat hissәsi; әlavә maşın vә avadanlıqların alınması, nәql. vә s. xidmәtlәrin xәrclәri aiddir. “Dәyişәn X.” anlayışı mahiyyәtcә “son hәdd (marjinal) X.” termininә (mәhsul vahidinin istehsalı üçün zәruri olan X. mәblәği) uyğun gәlir.
    Hәr bir mәhsul istehsalının sәmәrәliliyinin iqtisadi tәhlili zamanı “birbaşa X.” vә “dolayı X.” anlayışları istifadә olunur.B i r b a ş a X. dedikdә, әmtәә istehsalı, yaxud xidmәtlә: texnoloji prosesdә sәrf edilmiş xammal, enerji, material vә yarımfabrikatlar; mәhsulun daşınması vә saxlanması; istifadә olunan avadanlıqların amor tizasiya ayırmaları; әsas işçilәrin әmәk haqqı vә s. ilә birbaşa әlaqәli xәrclәr başa düşülür. D o l a y ı X.-ә tәmir xidmәtlәrinin, tәminedici bölmәlәrin (mühasibatlıq, mühafizә, kadr xidmәtlәri vә s.) fәaliyyәt xәrclәri, nümayәndәlik mәsrәflәri aiddir. Mühasibat uçotunda әsas istehsal ilә әlaqәli olan, lakin konkret mәhsul buraxılışında bilavasitә iştirak etmәyәn – isitmә mәsrәflәri, istehsal binalarının işıqlandırılması vә havalandırılması, bütövlükdә z-dun energetika gücünün amortizasiya ayırmaları, tullantıların tәkrar istifadәsi (emalı) X.-i dә dolayı X.-ә aid edilir.
    O r t a X. istehsal olunmuş bütün mәhsulun mәcmusuna sәnaye sahәsi, region üzrә sәrf edilmiş xәrclәrin orta sәviyyәsini qiymәtlәndirәrkәn; x ü s u s i X. istehsal mәhsulu vahidinә sәrf olunmuş mәxaricin mәblәği hesablanarkәn; c a r i X. iqtisadi tәhlil aparıldığı anda xәrclәrin hәcmini xarakterizә edәrkәn istifadә olunur.
    X.-in dәqiq uçotu iqtisadi agentlәrә tәsәrrüfatda yol verilәn sәhv vә  sui-istifadәdәn yaranan itki sәviyyәsini aşağı salmağa, hәmçinin mәsrәflәri optimallaşdırma yollarını axtarmalarına imkan yaradır. X.-in cәminin istehsal olunmuş mәhsulun satışından әldә olunan gәlirin cәmi ilә müqayisәsi mәnfәәt vә rentabellik sәviyyәsini hesablamağa imkan verir. Bu mәqsәdlә hesablamalar aşağıdakı düsturla aparılır:
    Gәlir – Xәrclәr = Mәnfәәt,
    (Gәlir – Xәrclәr)/Gәlir = Rentabellik.
    A l t e r n a t i v X. rentabellik sәviyyәsi daha yüksәk digәr layihәyә investisiya qoymaqla sahibkarın potensialda qazanacağı gәlirin hәcmidir. Mәs., korporasiya öz vәsaitini z-dun tikintisinә yönәltmәk әvәzinә, banka qoyub depozit üzrә faiz şәklindә gәlir әldә edә bilәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 