Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏRÇƏNG XƏSTƏLİYİ
    XƏƏNG XƏSTƏLİYİ, k a r s i n o m a epitelial toxumadan inkişaf etmiş bәdxassәli şiş. Terminin mәnşәyi, ehtimal ki, bu xәstәliyin (dәri, süd vәzisi X.x.-i vә s.) xarici görünәn formasının çox vaxt әtraf toxumalara xәrçәng qısqacını xatırladan iplәrlә cücәrmә vermәsi ilә әlaqәdardır. Çox vaxt bütün bәdxassәli yenitörәmәlәr “xәrçәng” termini ilә göstәrilir. Xәrçәng şişi әsas toxumadan (epitelial parenxima) vә stromadan – qan vә limfa damarları ilә birlәşdirici toxuma “karkasından” ibarәt olur. Epitelinin iki әsas müxtәlifnövlüyünә görә silindr hüceyrәli (vәzili, adenokarsinoma) vә yastıhüceyrәli X.x. ayırd edilir. X.x.-nin birinci variantı, adәtәn, mәdә-bağırsaq traktı vәzisi hüceyrәlәrindәn, ikincisi – dәri örtüyü hüceyrәlәrindәn vә ağız boşluğunun, tәnәffüs, sidik vә cinsiyyәt yollarının selikli qişasından inkişaf edir. Stromanın inkişaf dәrәcәsindәn asılı olaraq X.x. bәrk (skirr) vә yumşaq (medulyar, yaxud beyinә bәnzәr) ola bilәr. Bәzәn, xәrçәng hüceyrәlәri başlanğıc toxumanın funksiyalarını qismәn saxlayır, lakin, çox vaxt onlar atipik olur, hәcm vә formaları dәyişir, epitelinin spesifik funksiyaları isә itirilir, yaxud tәhrif olunur. Xәrçәng hüceyrәlәri normal hüceyrәlәrdәn öz sitogenetik (yanlış mitoz, kariotipinin pozulması), biokimyәvi (fermentlәrin spektrinin, DNT vә RNT-nin tәrkibinin vә miqdarının dәyişmәsi), struktur (mitoxondrilәrin sayının azalması vә strukturunun sadәlәşmәsi, membran törәmәlәrin pozulması vә s.), immunoloji (normal antigenlәrin düşmәsi vә şiş antigenlәrinin әmәlә gәlmәsi) vә s. xüsusiyyәtlәri ilә fәrqlәnir. X.x.-nin baş vermәsindәn qabaq, adәtәn, xәәngönü proseslәr olur. X.x.-nin sәciyyәvi xüsusiyyәti qonşu sağlam toxumalara yayılması vә onları dağıtmasıdır (infiltrasiyaedici böyümә). Bu zaman xәrçәng hüceyrәlәri orqanizmә qan cәrәyanı vә әsasәn, limfa cәrәyanı ilә yayılır, müxtәlif orqan vә toxumalarda çökәrәk metastazlar әmәlә gәtirir. Xәrçәng toxuması nekroza vә dağılmağa mәruz qala bilәr, bu da anemiyaya aparan qanaxma törәdir. Xәrçәng şişlәrinin lokali zasiyası orqanizmin hәyati vacib funksiyalarını poza bilәr (mәs. qida borusunun X.x.- i mәcburi ac qalmağa sәbәb olur). X.x.-nin gecikmiş mәrhәlәlәrindә, adәtәn, kaxeksiya inkişaf edir. X.x. zamanı xәstәliyin erkәn mәrhәlәlәrdә aşkar edilmәsi xüsusilә vacibdir (rentgenoloji, sitoloji müayinә üsulları, biopsiya vә s.). Bax hәmçinin kanserogen maddәlәr, Onkogenez, Onkologiya, Şişlәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 