XƏRÇƏNGÖNÜ, ş i ş ö n ü v ә z i y y ә t – әsasında şişlәrin yaranma ehtimalı olan anadangәlmә, yaxud qazanılmış displastik (orqan vә ya toxumaların inkişafının pozulması ilә şәrtlәnәn) dәyişikliklәrin ümumi adı. “X”. anlayışı 1896 ildә dermatoloqların London Beynәlxalq konqresindә meydana gәlmiş vә ancaq kliniki müşahidәsi daha çox mümkün olan dәri xәrçәnginә aid istifadә edilmişdir. Sonralar o, digәr toxuma vә orqanlarda olan oxşar proseslәrә (alt dodağın, süd vәzilәrinin, mәdәnin vә s. X.) dә aid edilmişdir. Tәzahüretmә vәziyyәtinә görә müxtәlif olan X.-nün әsasında vahid patoloji proses durur. X. gerilәyәn (onun әlamәtlәrinin tәdricәn itmәsi) vә ya öz inkişafında uzun müddәt dayana bilәr. Nadir hallarda şişә sәbәb olan orqanizmdәki fon proseslәr (mәs., xroniki bronxit, tәkrar olunan pnevmoniya, mastopatiya, uzun müddәt sağalmayan xoralar vә fistulalar) vә әsasәn, fon proseslәr әsasında baş verәn (mәs., çoxsaylı qastrit formalarından ancaq mәdәnin selikli qişasının dәrin struktur dәyişmәsi ilә olan atrofik qastriti X. kimi hesab edilir) ocaqlı proliferativ (bax Proliferasiya) dәyişikliklәrә aid olan hәqiqi X. fәrqlәndirmәk qәbul edilmişdir. Hәqiqi X.-nün çoxsaylı әlamәtlәri onu mәcburedәn (mütlәq) vә fakültativ (qeyri-mütlәq) vәziyyәtlәrә bölür. Mәcburedәn әlamәtlәrә genetik qabaqcadan müәyyәn edilmiş proseslәr daxildir, bu zaman çox vaxt bәdxassәli şişlәr [piqmentli kseroderma; Dübrey melanozu; Keyr eritroplaziyası; yoğun bağırsağın anadangәlmә diffuz palipozu (bax Poliplәr)] inkişaf edir. Fakültativ vәziyyәtlәr daha çoxsaylıdır, adәtәn anadangәlmә vә irsi olmurlar, bәdxassәli şişlәrә keçmәsi mütlәq deyildir. Onlara alt dodağın keratokantoma xoşxassәli şişi; müxtәlif növ diskeratozlar (epidermis hüceyrәlәrinin buynuzlaşan hissәsi); leykoplakiya; ağız boşluğunun kariesli dişlәrlә vә diş protezlәri ilә sәthi sağalmayan xoraları; ağız, burun vә burun-udlaq boşluqlarının papilloması; qırtlağın leykoplakiyaları vә fibromaları; qalxanabәnzәr vәzinin adenoması vә ya düyünlü uru; mәdәnin xroniki qastriti, xora xәstәliyi vә polipi; xoralı kolit; uşaqlıq boynunun eroziyası vә s. aid edilir. Bәdxassәli şişlәrin profilaktikasında X.- nün vaxtında aşkar edilmәsi vә müalicәsi, habelә istәr X.-nün, istәrsә dә, bәdxassәli şişlәrin inkişaf etmәsinә tәsir edәn amillәrin aradan qaldırılması mühüm rol oynayır.










