XƏRQA – Misirdә, Liviya sәhrasında vahә. İnz. m. Əl-Xәrqa ş.-dir. Əh. 67,7 min (2012). Şm.-dan c.-a tәqr. 150 km mәsafәdә uzanır; eni 20–80 km. X. Liviya sәhrasından keçәn karvan yollarının kәsişmәsindә yerlәşmişdir. X.-dan Nil çayı dәrәsinә avtomobil yolu vә ensiz d.y. xәtti çәkilmişdir. Xurma, zeytun, dәnli bitkilәr (düyü, arpa) yetişdirilir.










