Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏRRƏQAN TÜRBƏLƏRİ 
    XƏRRƏQAN TÜRBƏLƏRİ – 11 әsrә aid Azәrb. memarlıq abidәsi. İki türbәdәn ibarәt kompleks. Cәnubi Azәrb.-da, Qәzvin ş.-nin Xәrrәqan mәntәqәsindәdir. Xalq arasında “Qoşa imam” türbәsi adlandırılmışdır. Üzәrindәki kitabәlәrdә 1-ci türbәnin (1067, memar Mәhәmmәd Mәkәr oğlu Zәncani) Əbu Sәid Bicar oğlunun, 2-ci türbәnin (1093, memar Əbülmәali Mәkәr oğlu Zәncani) isә Atsız Tәkin oğlunun xatirәsinә tikildiyi göstәrilir. Ehtimala görә, hәr iki türbәnin memarı eyni adam olmuş vә kamil sәnәtkar kimi o, “Əbülmәali” (“yüksәkliklәrin atası”) tәxәllüsünü qazanmışdır. X.t., üzәrindә dәqiq tikilmә tarixi qalmış әn qәdim Azәrb. memarlıq abidәsidir. Eyni quruluşlu sәkkizbucaqlı türbәlәrin bayır bucaqlarına dairәvi dayaqlar birlәşdirilmişdir. 1-ci türbәdә bu dayaqlardan ikisinin, 2-ci türbәdә isә birinin daxilindә dolama pillәkәnlәr var. X.t.-nin bayır sәthlәri vә dayaqları müxtәlif ölçülü kәrpic düzümündәn әmәlә gәlәn ornament vә kufi xәtt ilә yazılmış kitabәlәrlә bәzәdilmişdir. Hәr iki türbәdә 70-dәk ornament kompozisiysı qeydә alınmışdır. Türbәlәrin içәrisi dә sәkkizüzlüdür. Hәr divarda sivri dayaq taxça yerlәşdirilmiş, mehrab taxçası kәrpic hörgüsü ilә bәzәdilmişdir. 1-ci türbәnin interyerindә qәdim türk xalqlarının inanclarını әks etdirәn rәngli divar rәsmlәri (“hәyat ağacı”, çıraqlar, tovuz quşları, әjdahalar, altı vә sәkkizgüşәli ulduzlar) çәkilmişdir. 2-ci türbәdә tәsvirlәr yoxdur. X.t.-nin vaxtilә ikiqat günbәz örtüyü olmuşdur (hazırda bayır günbәzi dağılmışdır). 1-ci günbәzin hünd. tәqr. 13 m, diametri 10,4 m-dir. X.t.-nin memarlıq quruluşu sonralar bir sıra Yaxın Şәrq abidәlәrinә tәsir göstәrmişdir. İlk dәfә kompleksin memarlıq dekorunda rast gәlinәn hәndәsi naxış motivlәrinin çoxu Anadolu, Marağa vә Naxçıvanın 12–13 әsr abidәlәrindә geniş tәtbiq edilmişdir.
    Hәr iki türbәyә 2002 ildә baş vermiş zәlzәlәdәn ciddi ziyan dәymişdir.
    Xәrrәqan türbәlәri.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 