XƏSTƏ QASIM (tәqr. 1680, yaxud 1684, Cәnubi Azәrb., Qaradağ mahalının Tikmәdaş k. –1777, orada) – 18 әsr Azәrb. şairaşığı. “Xәstә” tәxәllüsünü götürmüşdür. Mәdrәsә tәhsili almışdır. X.Q. yaradıcılığının ilk dövründә klassik sәpkidә şeirlәr yazmışdır. Lakin o, daha çox xalq şeiri üslubunda yazdığı әsәrlәri – gәraylı, qoşma, tәcnis, bayatı, bağlama vә qıfılbәndlәri ilә şöhrәt tapmışdır. Ustadnamәlәri mәşhurdur. Yaradıcılığında nәsihәtamiz, әxlaqitәrbiyәvi fikirlәr mühüm yer tutur. Şair әsәrlәrindә insanları doğruluğa, әdalәtә, xeyirxahlığa, sәdaqәtә çağırmış, zülmü, şöhrәt pәrәstliyi, tüfeyliliyi tәnqid etmişdir. Mәhәbbәt mövzusundakı şeirlәrindә saflıq, nikbinlik, gәlәcәyә inam üstünlük tәşkil edir, bir sıra şeirlәrindә isә zәmanәdәn, tәklikdәn, yoxsulluqdan şikayәt motivlәri әksini tapmışdır. Yaradıcılığında vәtәnin tәrәnnümü mühüm yer tutur. X.Q.-ın şeirlәri yüksәk bәdii sәnәtkarlığı, poetik dilinin xәlqiliyi ilә seçilir. O, cığalı tәcnisin, qoşma-müstәzadın mükmmәl nümunәlәrini (aşıq poeziyasında qoşma-müstәzadın ilk nümunәsi X.Q.-ın adı ilә bağlıdır) yaratmışdır. X.Q. çoxlu sәfәrlәrdә olmuş, şәhәrlәri, kәndlәri gәzmiş, aşıqlarla (o cümlәdәn Lәzgi Əhmәdlә) deyişmişdir. Haqqında dastan-rәvayәtlәr var (“Xәstә Qasıma vergi verilmәsi”, “Xәstә Qasımın Dağıstan sәfәri”, “Xәstә Qasımın Şamaxı sәfәri”, “Xәstә Qasımın Ərdәbil sәfәri” vә s.). Şeirlәrini ilk dәfә M.Mahmudbәyov toplamış, “SMOMPK” mәcmuәsinin 19-cu bura xılışında çap etdirmiş, hәmçinin, Şamaxının Tircan kәndindә (indiki İsmayıl lı r-nunda) Aşıq Orucdan yazıya aldığı “Molla Qasım” dastanının qısa mәzmununu “Kaspi” qәzetindә (1895, № 137) dәrc etdirmişdir. X.Q.-ın zәngin irsi aşıq şeirinin inkişafına әhәmiyyәtli tәsir göstәrmişdir. Tikmәdaşda sәnәtkarın abidәsi vә mәqbәrәsi yaradılmışdır.
Ə s ә r l ә r i: 46 şeir, B., 1975; Xәstә Qasım vә Lәzgi Əhmәdin qeyri-mәtbu şeirlәri, “Keçmişimizdәn gәlәn sәslәr”, 1982, №2; Gәraylılar. Qoşmalar, “Azәrbaycan aşıqları vә el şairlәri”, kitab 1, B., 1983; Xaстэ Kaсум. Стихи, Б., 1984; Azәrbaycan aşıq şeirindәn seçmәlәr. B., 2 cilddә, c. 1, 2005.
Əd.: Azәrbaycan әdәbiyyatı tarixi, 3 cilddә, c. 1, 1960; A r a s l ı H., Aşıq yaradıcılığı, B., 1960; Ə f ә n d i y e v P., Azәrbaycan şifahi xalq әdәbiyyatı, B., 1992; Sәdnik Paşa Pirsultanlı. Tikmәdaşlı Xәstә Qasımın tәdqiqi. B., 2011; Xәstә Qasımın dastanı.B., 2018.










