XƏSTƏLƏNMƏ, ә h a l i x ә s t ә l ә n m ә s i – xәstәliklәrin yayılma göstәricisi; müәyyәn vaxt әrzindә konkret әrazidә müәyyәn xәstәliklә xәstәlәnmәlәrin әhalinin sayına nisbәti. Hәmçinin, әvvәlcәdәn heç yerdә qeydә alınmamış, yeni vә ilk dәfә bu ildә aşkar olan xәstәliklәrin mәcmui. Adәtәn, 1000 nәfәrә görә hesablanır.
X. ilә yanaşı, hәmçinin hәmin ildә ilk dәfә aşkar edilmiş, hәm dә әvvәlki illәrdә qeyd olunmuş xәstәliklәr haqqında mәlumatlar daxil olan “xәstәliklәrin yayılması” anlayışı da istifadә edilir. X. haqqında mәlumat sağlamlıq vәziyyәtini qiymәtlәndirmәk, tibbi yardımı planlaşdırmaq vә müalicә-profilaktika müәssisәlәrinin işini tәşkil etmәk üçün lazımdır.
X.-ni öyrәnmәk üçün başdan-başa vә nümunәlik üsullar istifadә edilir. B a ş d a n - b a ş a ü s u l bütün müalicә-profilaktika müәssisәlәrinin tәqdim etdiyi cari hesabaalmaların hesabat mәlumatlarının analizinә әsaslanır. N ü m u n ә l i k ü s u l tәdqiq edilәn kontingentin mühüm sosialgigiyenik xarakteristikasından istifadә etmәklә oxşar qrupların X.-sini әtraflı öyrәnmәyә imkan verir. Bu üsulun kömәyi ilә ayrı-ayrı yaş (uşaqlar, yeniyetmәlәr, tәlәbәlәr, әmәk qabiliyyәti yaşında olan şәxslәr, tәqaüdçülәr), peşә (müxtәlif istehsalat fәhlәlәri, qulluqçular vә b.), cins, etnik vә digәr oxşar әhali qruplarının X.-sı tәhlil edilir. Nümunәlik üsulun istifadәsi müxtәlif amillәrdәn, şәraitdәn vә hәyat tәrzindәn asılı olaraq X. göstәricisini qiymәtlәndirmәyә imkan verir. Bu zaman seçilmiş mәcmunun xü susiyyәtini, lazımi hәcmini nәzәrә almaq lazımdır. X. haqqında mәlumatların mәnbәyi müxtәlif xarakterli tibbi yardım üçün müraciәt etdikdә vә tibbi müayinә aparıldıqda doldurulan hesabaalma-hesabat tibb sәnәdlәridir. X. haqqında әlavә mәlumatlar ölüm sәbәblәrinin tәhlili ilә almaq olar. Müraciәtә görә birincili X., kәskin infeksion X., әn mühüm qeyri-epidemik X., hospitallaşdırılmış X., әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsi ilә X. tәhlil olunur.
X. mәqsәdli, qabaqcadan vә dövri tibbi müayinәlәr әsasında öyrәnilir. Mәqsәdli müayinәlәr müәyyәn xәstәliklәri, o cümlәdәn onkoloji, ürәk-damar, zöhrәvi, vәrәm vә s.- ni aşkar etmәk üçün aparılır. Qabaqcadan tibbi müayinәlәr mәktәbә, orta vә ali ixtisas mәktәblәrinә daxil olmamışdan, hәmçinin işә qәbul olunmamışdan әvvәl, sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәti Komissiyası tәrәfindәn hәyata keçirilir. Onların aparılması Azәrb. Resp. Sәhiyyә Nazirliyinin müvafiq әmrlәri ilә nizama salınır. Dövri tibbi müayinәlәrin mәqsәdi xәstәliklәrin, o cümlәdәn peşә xәstәliklәrinin erkәn aşkar edilmәsidir ki, bu vaxtında lazımi müalicә-profilaktika tәdbirlәrinin aparılmasına, çәtin ağırlaşmaların inkişaf etmәsinin vә xroniki halların baş vermәsinin qarşısını almağa imkan verir (bax Dispanserizasiya).
Xәstәliklәrin şifrlәnmәsindәki sәhvlәr ayrı-ayrı әrazilәr üzrә әhali X.-sinin hәqiqi mәnzәrәsini tәhrif edә bilәr. Ona görә X. haqqında mәlumatların eyniliyin vә müqayisәli tәhlilin aparılması üçün Xәstәliklәrin Beynәlxalq Tәsnifatından (XBT) istifadә olunur. ÜDST-in hәr 10 ildәn bir keçirilәn iclasında XBT-dә tibb sahәsi üzrә müasir sәviyyәyә uyğun düzәlişlәr aparmaq üçün ona yenidәn baxılır. X. aşağıdakı kimi sәciyyәlәndirilir: X. sәviyyәsini әksetdirәn kәmiyyәt meyarları ilә; X.-nin strukturunu müәyyәnedәn keyfiyyәt meyarları ilә; keçirilmiş xәstәliklәrin keçirilmә sayı vә sürәkliliyinin daxil olduğu fәrdi xüsusiyyәtlәr ilә.
X.-nin sәviyyәsi adәtәn әhalinin hәr 1000 nәfәri üzrә müraciәtetmә vә yaxud tibbi müayinә mәlumatları ilә xәstәlәnmә hadisәlәrinin sayına görә hesablanır. Yaşlı әhalinin, yeniyetmәlәrin vә uşaqların X.-sinin strukturunda tәnәffüs orqanları xәstәliklәri üstünlük tәşkil edir; onların payına yaşlıların X.-sinin 25%-i, yeniyetmәlәrin X.-sinin 45%-ә qәdәri, uşaqların X.-sinin 67%-i düşür. Sonra ardınca yaşlı әhalinin X.-sinin strukturunda qan dövranı sistemi, hәzm orqanları, sümük-әzәlә sistemi vә göz xәstәliklәri; yeniyetmәlәrdә göz, hәzm orqanları xәstәliklәri, travma vә zәhәrlәnmәlәr, sümük-әzәlә sistemi xәstәliklәri; uşaqlarda – hәzm orqanları xәstәliklәri, infeksion vә parazitar xәstәliklәr, göz xәstәliklәri, travma vә zәhәrlәnmәlәr gәlir.
İl әrzindә xәstәliklәrin sürәkliliyindәn asılı olaraq uzun müddәt xәstәlәnәn qrup formalaşır vә ona il әrzindә 40 gün vә daha çox müddәtdә xәstәlәnәn şәxslәr daxil olur. Əhalinin daha çox arzu edilmәyәn qrupuna uzun müddәt vә tez-tez xәstәlәnәnlәr daxildir, belә ki, bu qrup hesabına әhali X.-sinin yüksәk sәviyyәsi saxlanılır, onlarda çox vaxt xroniki patologiyalar vә onun nәticәsi kimi әlillik formalaşır.
Xәstәlәnmәnin, ölümün vә әlilliyin strukturunda liderliyi, baş vermәsindә sosial amillәr, o cümlәdәn zәrәrli vәrdişlәr, hipodinamiya, düzgün qidalanmama, hәkimә vaxtında müraciәt etmәmәk, bәdәnin möhkәmlәndirilmәmәsi vә s.-nin mühüm rol oynadığı sosial mәna kәsb edәn xәstәliklәr tutur. Onlara tәnәffüs, qan dövranı, hәzm, sümük-әzәlә sistemlәri orqanlarının xәstәliklәri, göz vә onun әlavә aparatının xәstәliklәri, infeksion vә parazitar xәstәliklәr, travma vә zәhәrlәnmәlәr daxildir.










