XƏSTƏLİK TARİXİ – müalicә-profilaktika müәssisәsinә müraciәt edәn hәr bir şәxs üçün yazılan әsas tibbi sәnәd. X.t.-ndә xәstәnin soyadı, adı, atasının adı, yaşı, ailә vәziyyәti, ixtisası, keçirdiyi xәstәliklәr, hazırki vәziyyәti haqqında mәlumat, aparılan müalicә vә müayinәlәrin nәticәlәri qeydә alınır. Xәstәxanadan çıxdıqda, yaxud başqa müalicә müәssisәsinә keçdikdә, habelә ölüm hallarında müalicә edәn hәkim xәstәyә ümumi nәticә – epikriz verir. Xәstәnin vәziyyәti vә xәstәliyin gedişi haqqındakı mәlumatlar poliklinikada, hәkimin qәbuluna gәldikdә (xәstәxanada isә hәr gün) X.t.-nә yazılır. X.t. xәstәyә nәzarәt edәn bütün hәkimlәrә düzgün müalicә-profilaktik tәdbirlәr aparmağa imkan verir. Bәzi hallarda mәhkәmә vә tibbi-ekspertiza zamanı X.t.-ndәn sәnәd kimi istifadә edilir. Ölüm hallarında patoloji-anatomik meyityarma әsasında protokol tәtbiq edilir.










